Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hakim “Mənim Addımım” partiyası Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun axtarışındadır.
Məlumata görə, partiya hazırda həmin vəzifəni müvəqqəti icra edən şəxsə güvənmir, çünki o, Artur Vanetsyanın kadrlarındandır.
Qeyd edilir ki, bir neçə ay bundan əvvəl bu məlumata ciddi münasibət bildirilmirdi, çünki mümkünsüz olacaqdı, lakin siyasi çərçivələrdən hüquq-mühafizə orqanlarının rəhbərlərinin təyin olunması qanunu artıq bir oxunuşdan keçib və tezliklə qəbul olunacaq, buna görə də bu, olduqca mümkündür.
Paşinyan bu vəzifədə ona sadiq olan bir şəxsi görmək istəyir. Partiyanın katibi Hakob Simidyan isə onunla uzun bir yol keçib.
Lakin Simidyan dünən bu məsələ ilə bağlı erməni jurnalistlərə sərt cavab verib.
“Belə bir şey yoxdur, məlumatlarınız absurddur” , - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti olaraq Eduard Martirosyan həyata keçirir.
Alpər Mövludoğlu
Ordu.az