Dövlət Xidmətindən
Ordu.az-a verilən məlumata görə, Beynəlxalq Müəllimlər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon idarə, şöbə və bölmələrinin şəxsi heyəti məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən hərbi rəhbərlərlə görüşlər keçirib, onları təbrik ediblər.
Ömürlərini gənc nəslin vətənpərvər ruhda böyümələrinə, hərbi biliklərə mükəmməl yiyələnmələrinə həsr edən və bu sahədə fərqlənən hərbi rəhbərlər təltif olunublar.
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işişçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Ordu.az