Ermənistan MN-in hərbi qulluqçuları qəzaya düşüb - 5 yaralı

2019/10/31133-1570208758.jpg
Oxunub: 32999     10:01     05 Oktyabr 2019    
Dünən, saat 20:40 radələrində Ermənistanın Araqatsotn vilayətində avtoqəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Marqara-Böyük Qarakilsə (Vanadzor) avtomobil yolunun 54-cü km hissəsində 4 avtomobil toqquşub.

“Lexus GX 450” markalı “70 RR 900” nömrəli, “VAZ 2106” markalı “35 OT 965” nömrəli, “Opel” markalı “36 AT 003” nömrəli və daha bir “Opel” markalı “36 LR 029” nömrəli avtomobillərin toqquşması nəticəsində 5 nəfər yaralanıb.

Hadisə yerində olanlar bildiriblər ki, yaralıların içində Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçuları da olub. Avtomobillərdən birində isə hərbi geyim tapılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  


Bizi "telegram"da izləyin