Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair razılıq əldə olunub

2019/10/15702-1570248525.jpg
Oxunub: 32145     23:39     04 Oktyabr 2019    
Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında deyib.

Ölkə başçısının sözlərinə görə, Rusiyadan texnika alınması çərçivəsində ölkələr arasında artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir: “Bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Rusiya   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin