NATO-ya üzv ölkələr müdafiə ilə bağlı öhdəlikləri tam yerinə yetirir?

2019/10/NATO--1570182081.jpg
Oxunub: 1325     19:40     04 Oktyabr 2019    
NATO üzv ölkələrdən ümumi daxili məhsulun ən azı 2%-ni müdafiəyə xərcləməsini tələb edir. Polşa hazırda bunu edir və 2030-cu ilə qədər 2,5% xərcləməyi planlaşdırır.

Polşa Rusiya ilə yaxınlığını və tarixini nəzərə illərdir müdafiə xərclərini artırır. Ötən əsrdə bu ölkə həm Almaniya, həm də Rusiya tərəfindən işğal edilib.

Polşa 1999-cu ildə NATO-ya üzv olub və bu gün alyansın üzvü olsa da, Soyuq Müharibə illərində Sovet İttifaqı rəhbərliyi altında olan Varşava Paktının mərkəzi dövləti idi.

“Bu, çox yaxşı öyrəndiyimiz dərsdir. Həqiqətən öz təhlükəsizliyinizə investisiya qoymaq məcburiyyətindəsiniz”, - deyə Polşanın NATO-dakı yeni nümayəndəsi 41 yaşlı Tomasz Szatkovski bildirib.

O qeyd edib ki, NATO mükəmməl ittifaq deyil, ancaq Qərb sivilizasiyası tarixində ən yaxşısıdır və buna görə də onu qorumaq və investisiya qoymaq lazımdır.

Sentyabrın əvvəlində İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyini qeyd etmək üçün Polşada olarkən vitse-prezident Mayk Pens müttəfiqləri NATO öhdəliklərini yerinə yetirməsi üçün çağırış edib.

NATO-nun 28 üzvdən yalnız ABŞ, Polşa, Böyük Britaniya, Yunanıstan, Estoniya, Latviya və Litva ÜDM-nin 2% və ya daha çoxunu hərbi sahəyə xərcləyir.

“The Heritage” Fondunun Avropa üzrə siyasi analitiki Daniel Koçis bildirib ki, yalnız bir neçə NATO üzvü öhdəliklərini yerinə yetirdiyini söyləyə bilər və ABŞ-ın bundan narahat olması başadüşüləndir.

“NATO-nun yalnız 16 üzvü müdafiə büdcəsinin 20%-ni NATO-ya xərcləməsi öhdəliyini yerinə yetirir. Üzv ölkələr dəyişən geosiyasi reallıqlar fonunda öhəliklərini yerinə yetirməli və kollektiv müdafiəyə sadiqliyini nümayiş etdirməyə davam etməlidir”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu ilin dekabr ayının əvvəllərində NATO-nun 70 illik yubileyi keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Polşa  

NATO-ya üzv ölkələr müdafiə ilə bağlı öhdəlikləri tam yerinə yetirir?

2019/10/NATO--1570182081.jpg
Oxunub: 1326     19:40     04 Oktyabr 2019    