Rusiya Çinə raket hücumundan xəbərdarlıq sistemi qurmağa kömək edir

2019/10/99ac6-1570181169.jpg
Oxunub: 3728     14:24     04 Oktyabr 2019    
Rusiya, yalnız Rusiya və ABŞ-da olan müasir raket hücumundan xəbərdarlıq sisteminin qurulmasında Çinə kömək edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Soçidə keçirilən beynəlxalq konfrans zamanı məlumat verib.

Putin qeyd edib ki, bu, Çinin müdafiə qabiliyyətini kəskin dərəcədə artıracaq.

Qeyd edək ki, raket hucumlarından xəbərdarlıq sistemi bir çox nüvə başlığı daşıya bilən raketlər də daxil olmaqla, qitələrarası ballistik raketləri erkən təyin etməyə imkan verən yerüstü radarlar və kosmik peyklərdən ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin