Ordu.az xəbər verir ki, bu barədə “Rusatom”un baş direktoru Aleksey Lixaçov Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra bildirib.
O qeyd edib ki, Rusiya Azərbaycanda atom elektrik stansiyası tikməyi təklif edir.
Lixaçovun sözlərinə görə, 2018-ci ildə Azərbaycanda elektrik enerjisinin istehlakı təqribən 14 faiz artıb və bu, kifayət qədər böyük rəqəmdir.
Alpər Mövludoğlu
Ordu.az