Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan öz “Facebook” səhifəsində yazıb.
Andranik Köçəryan deyib ki, o, “müharibə kemiş adamdır”. Samsonyan bildirib ki, Andranik Köçəryan Qarabağda ilk dəfə 2018-ci ilin siyasi hadisələrindən sonra olub.
“Andranik Köçəryan müharibə vaxtı cəbhədə olmayıb, o, Qarabağ müharibəsi zamanı heç bir halda əlinə silah götürməyib. Ən təəccüblüsü mənim üçün də böyük sürpriz oldu. Andranik Köçəryan Qarabağda İLK DƏFƏ 2018-ci ilin siyasi hadisələrindən sonra olub. Bu, Andranik Köçəryanın – “müharibə keçmiş insanın” müharibədə həqiqi iştirakıdır.
Andranik müharibə zamanı müxtəlif kadr məsələləri ilə məşğul olub. İndi Andranik Köçəryanın iştirak ölçüsünü və onun haqqında böyük düşüncə motivasiyasını qiymətləndirin.
Andranikin digər “qəhrəmanlıqları” haqqında gələn dəfə danışacağam. İnanın, keçmişdə “müharibə keçmiş qəhrəmanımızın” olduqca maraqlı işləri var”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az