Bu təliminin əhəmiyyəti nədir və təlimlə, strateji təlim arasında fərq varmı?
Bu suallara erməni ekspertlər cavab tapmağa çalışıblar.
Erməni hərbi ekspert Mher Hakobyan qeyd edib ki, əvvəla, bunun çox böyük əhəmiyyəti olduğunu söyləməyə ehtiyac yoxdur.
“Çünki Ermənistanın təəssüf ki, insan resursları o qədər məhduddur ki, Allah etməsin, geniş miqyaslı müharibə başlayarsa, qısa müddətdə Ermənistan ordusunun ixtisaslı peşəkar insanlarını silah arxasına qoymaq barədə problemi var”, - deyə o qeyd edib.
Ermənistanda ilk kəşfiyyat diversiya dəstəsinin təsisçi komandiri, “Sağ qalma sənəti” İctimai təşkilatının rəhbəri, hərbi ekspert Vova Vardanov isə bildirib ki, bu təlimlər elə də strateji təlimlər deyil.
“Formalizmin ordunu yediyini söyləmək olar və bu, antik dövrdən irəli gəlir. Sovet İttifaqı öncəsi çar ordusundakı formalizm bir çox çar generallarının buna qarşı açıqlamalar verməsinə səbəb oldurdu. Kağız üzərində müharibə aparmaq, kağız üzərində tərləmək, təlimlər keçirmək çox asandır. Fərqli dillə desək, deməliyəm ki, bu, bir o qədər də çox strateji təlim deyildi. Burada bizim qoşunlarımız daha çox əməliyyat dərinliklərində tapşırıqları həll edirdilər. Bu 19-cu əsrdə yaradılan bir sənətdir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az