Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Karapetyana sorğu göndərilib.
O qeyd edib ki, hazırda Valeri Osipyanın istefa xəbərini təsdiq edə bilməz.
“Məndə belə bir məlumat yoxdur, əlavə məlumat verəcəm”, - deyə mətbuat katibi bildirib.
Qeyd edək ki, bundan əvvəl erməni mətbuatı yazırdı ki, məzuniyyətdə olan Ermənistanın sabiq Polis rəisi, Baş nazir Nikol Paşinyanın müşaviri Valeri Osipyan məzuniyyətdən işə qayıtmayıb.
Bildirilir ki, Osipyan təyin oldunduğu vəzifəyə narazılıq etməklə işə getməkdən imtina edib, buna görə də hökumətin kadrlar bölməsi onun xəbəri olmadan sabiq Polis rəisini yenidən məzuniyyətə göndərib. Bu gün isə məzuniyyət müddəti başa çatıb, lakin Osipyan işə qayıtmaq əvəzinə işdənçıxma ərizəsini təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az