Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyində mətbuat konfransı zamanı Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi, tibb xidmətinin polkovniki Sahak Ohanyan sentyabrın 17-də Yeğeqnadzorda zorakılığa məruz qalmış polkovnik-leytenant Ara Mxitaryanın sağlamlıq vəziyyətinə toxunarkən bildirib.
O qeyd edib ki, Ara Mxitaryan hələ də süni nəfəs aparatına qoşulu vəziyyətdədir, lakin cihaz artıq onu diktə etmir, o, nəfəs almaq imkanlarını cihaza diktə edir, cihaz sadəcə ona kömək edir.
“Ağrı refleksləri müəyyən qədər bərpa olunub, bu gün gözlərini açıb. Ara Mxitaryanın müstəqil nəfəs almasından sonra hansı reflekslərin bərpa olunacağını demək hələ tezdir”, - deyə Ohanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az