Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan jurnalistlərlə söhbəti zamanı onun fraksiyasından olan deputat, Müdafiə nazirinin sabiq müavini, parlamentin müdafiə və milli təhlükəsizlik, daxili işlər məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryanın adından sabiq Ədliyyə naziri və parlamentin keçmiş sədr müavini Arpine Hovhannisyandan üzr istəyib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb.
Söhbət bir neçə gün bundan öncə sosial şəbəkələrdə kifayət qədər böyük qalmaqala səbəb olan Andranik Köçəryanın Arpine Hovhannisyanın ünvanına işlətdiyi ifadə ilə bağlıdır.
Mikayelyanın açıqlamasında maraqlı olan budur ki, Andranik Köçəryan buna paralel olaraq jurnalsitlərlə söhbəti zamanı işlətdiyi ifadələrə görə üzr istəməyə hazırlaşmadığını bildirib.
Alpət Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Yerkrapah