Türkiyə Vəkillər Birliyi Dilqəm və Şahbazın hüquqlarının müdafiəsində iştirak edə bilər

2019/10/24817-1570177241.jpg
Oxunub: 623     12:18     04 Oktyabr 2019    
Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi yaxın vaxtlarda Naxçıvanda qurumların İdarə Heyətlərinin birgə toplantısını keçiriləcək.

Ordu.az xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlərə Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu bildirib.

M. Feyzioğlu deyib ki, bu toplantıda bütün dünyaya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar bəyan ediləcək.

“Azərbaycanın üzləşdiyi haqsızlıqları unutdurmadıq, unutdurmayacağıq. Çünki hazırda Azərbaycanın müqəddəs torpaqlarının bir hissəsi işğal altındadır. Təəssüf ki, dünya bu işğala qarşı səssiz qalıb. Azərbaycanın da ən önəmli hədəfi müqəddəs torpaqlarını işğaldan və zülmdən azad etməkdir. Naxçıvanda keçiriləcək toplantımızda da əsas məqsəd dünyaya bu mesajı verməkdir. Bu toplantıda vəkillərimizin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı da mühüm qərarlar veriləcək”, - deyə o qeyd edib.

Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanmasına da toxunan M. Feyzioğlu bildirib ki, nə zaman müraciət edilsə, Türkiyə Vəkillər Bürosu bu məsələdə Azərbaycan Vəkillər Kollegiyasına dəstək verməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dilqəm   Şabhaz   Türkiyə  

Türkiyə Vəkillər Birliyi Dilqəm və Şahbazın hüquqlarının müdafiəsində iştirak edə bilər

2019/10/24817-1570177241.jpg
Oxunub: 624     12:18     04 Oktyabr 2019    