Sanitar təlimatçılar üçün təlim kursu keçirilib - FOTOLAR

2019/10/20599-1570171719.jpg
Oxunub: 21803     10:48     04 Oktyabr 2019    
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının sanitar təlimatçıları üçün təlim kursu keçirilib.

Ordu.az xəbər verir ki, təlim kursuna “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının sərhəd komendantlıqları, zastavaları və bölüklərin sanitar təlimçiləri cəlb olunub.


Kursun keçirilməsində məqsəd sanitar təlimatçıların tibbi bilik və bacarıqlarını artırmaqdır. Kursda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının tibb məntəqəsinin həkimləri və Naxçıvan Qarnizonunun Hərbi Hospitalının həkimi Anar Əliyev yaralanmalar, sınıqlar, qanaxmalar zamanı ilk tibbi yardımın göstərilməsi barədə sanitar təlimatçılara məlumatlar verib. İlk tibbi yardım zamanı istifadə olunan avadanlıqlar haqqında da iştirakçılara məlumatlar çatdırılıb, avadanlıqların istifadə qaydaları da əyani olaraq izah edilib.

Sonda kurs iştirakçılarına ilk tibbi yardım çantaları və zəruri tibbi avadanlıqlar paylanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təlim   Sanitar-təlimatçı  


Bizi "telegram"da izləyin