Həmsədrlər Qarabağa səfər edəcəklər

2019/10/31313-1570122782.jpg
Oxunub: 28150     21:07     03 Oktyabr 2019    
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, hazırda səfərin vaxtı dəqiqləşdirilir.

“Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri ilə razılaşdırıldığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar aparmaq, Dağlıq Qarabağ nizamlanması məsələsini müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırlar”, -deyə Zaxarova qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin