Yeri gəlmişkən, bu ilk hadisə deyil. Putin 2013-cü ildə Gümrüyə dekabrın 2-də səfər edib. Xatırladaq ki, 1920-ci il 2 dekabr tarixində Ermənistan hakimiyyəti və Rusiya Sovet Federativ Sosialist Respublikasının səlahiyyətli nümayəndəsi Boris Leqran arasında Ermənistanın Sovet İttifaqı Respublikası elan olunduğu müqavilə imzalanıb.
Səfər yerinin Gümrü seçilməsi də təsadüfən baş verməyib. Bu şəhər 1917-1920-ci illərdə Zaqafqaziyada bolşeviklərin əsas dayaq məntəqəsi olub. “May üsyanı”nın məhz Gümrüdən başlaması da təsadüf deyil.
Bəlkə təsadüf toqquşmadır, kim bilir? Ancaq fakt faktlığında qalır.
Rusiya prezidentinin tarixə qarşı özünəməxsus münasibəti var. O, rus dünyasını və ondan ayrı düşən torpaqları birləşdirmək üzrə tarixi missiyasının olduğuna əmindir. Bu baxımdan məsələyə yanaşsaq bu cür xüsusiyyətlərə malik olan şəxsin simvolik tarixi günlərə laqeyd yanaşması və bu tarixlərin təsadüfən üst-üstə düşməsinə inanmaq çətindir. Bizə yalnız, İrəvanın ələ keçirildiyi tarixi fakt qarşısında Putinin hansı simvolu gördüyünü düşünmək qalır. Yeri gəlmişkən, Putinin simvollara olan sevgisi yalnız İrəvanla məhdudlaşmır. Məsələn, Kalininqraddakı reportajında olimpiada zamanı halqalardan birinin işıqlarının söndürülüməsi kimi nümunələri çoxdur.
Sonda, İrəvanın fəthindən 192 il keçib, çox şey dəyişib, amma bir şey dəyişməz olaraq qalır, ruslar hələ də İrəvandan getmək istəmirlər. (1in.am)
Alpər Mövludoğlu
Ordu.az