Ordu.az xəbər verir ki, Qazinyan yazısında İrəvanda baş vermiş hadisələr haqqında öz müşhidələrini paylaşıb.

“Dünən İrəvanda baş verən hadisələrlə bağlı bəzi müşahidələr:
1. AİƏT-in Ali Şurasının iclası;
Yeni Ermənistan hakimiyyəti bu hadisəni “Erməni İnqilabı”nın nailiyyəti kimi təqdim etməyə nə qədər çalışsa da, mən onları məyus etməliyəm, çünki İrəvan görüş yeri olaraq, AİƏT rəhbərlərinin Paşinyanın əlini sıxmaq istəməsi üçün seşilməyib. Sadəcə ona görə seçilib ki, Ermənistanın hazırda bu quruma sədrlik edir və qəbul edilmiş prosedura görə Ali Şuranın iclaslarına sədrlik edən ölkədə keçirilməsi qaydadır. Buna görə də hökumət təbliğatçılarını vətəndaşlarımıza həqiqəti söyləməyə çağırıram.
2. İran, Sinqapur liderlərinin Ermənistana səfəri;
İran və Sinqapur liderlərinin Ermənistana səfəri əsasən AİƏT-in Ali Şurasının iclasında iştirak etməklə əlaqədar olub və Rusiya Federasiyası prezidenti təşkil edib. Yəni Ermənistan hakimiyyətinin yürütdüyü xarici siyasəti ilə az əlaqəsi olub.
3. Putinin Ermənistana səfəri;
Putinin Ermənistana səfəri bir əsas səbəbə görə baş verdi:
- AİƏT qurumu Putin üçün çox vacibdir və o, bu təşkilatın beynəlxalq nüfuzuna xələl gətirəcək heç bir addım atmazdı;
4. Ermənistan-Rusiya münasibətləri.
Ermənistan-Rusiya münasibətləri hazırda dəfələrlə danışdığım kimi böhran vəziyyətindədir. Bunun bariz sübutu Paşinyanın “Putinlə maraqlı söhbət olub” deməsidir.
Qeyd etmək lazımdır ki, dövlət başçılarının “söhbəti” olmur, onlar arasında gündəm mövzularına dair müzakirələr və ya danışıqlar olur.
Buradan aydın olur ki, Putinin Ermənistana səfəri ikitərəfli gündəliyə malik deyildi və yalnız AİƏT-in Ali Şurasının iclasında iştirakı nəzərdə tutulub.
Putin-Paşinyan söhbətinin nəticələri yaxın gələcəkdə məlum olacaq”.
Alpər Mövludoğlu
Ordu.az