Ermənistan ordusunun hərbi qulluqçusu silah-sursat satmaqla məşğuldur

2017/10/17_10_27_15090818143456_1509089870.jpg
Oxunub: 31391     15:57     03 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular arasında silah-sursatın hərbi hissələrdən oğurlanaraq satılmasına görə cinayət məsuliyyətinə cəlb edilənlərin sayı çoxalır. Bu günlərdə quldur dəstəyə döyüş sursatlarını satmaqda şübhəli bilinən hərbçi Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının diqqətini cəlb edib.

Ordu.az xəbər verir ki, Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissəsində, 2015-ci ildən müqaviləli hərbi xidmətdə olan Artur Poğosyan xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Milli Təhlükəsizlik Xidmətinin Ağdərə üzrə əməkdaşı D. Qriqoryan tərəfindən silah-sursat oğurlayıb satmaqla məşğul olan Artur Poğosyan barəsində sənədlər və məlumatların təqdim edilməsi haqqında hərbi hissəyə sorğu göndərilib.

A. Poğosyandan başqa bu işdə digər hərbçilərin iştirakı araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Silah-satışı   Oğurluq  


Bizi "telegram"da izləyin