Soyğunçuluq edən iki erməni hərbi qulluqçu həbs edilib

2017/11/erm1234324234_1510227245.jpg
Oxunub: 31136     20:29     03 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların mülki əhaliyə qarşı törətdiyi daha bir cinayət hadisəsinin üstü açılıb.

Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun Madagiz istiqamətində yerləşdirilən hərbi hissəsində xidmət edən Qaqik Ter-Qazaryan və Artur Ohanyan adlı hərbi qulluqçular qısa müddətli məzuniyyətdə olarkən kimsəsiz qadının evini qarət ediblər.

Cinayəti mülki geyimdə törətdiklərinə görə ilk olaraq faktla bağlı mülki prokurorluq araşdırma aparıb.

Oğurluq edənlərin hərbçi olduqları məlum olduqdan sonra isə faktla bağlı başlanılan cinayət işi hərbi polisin müstəntiqlərinə təhvil verilib.

Hərbi polis tərəfindən həbs edilən Q.Ter-Qazaryan və A.Ohanyanın başqa hadisələrdə də əlinin olub olmadığı araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin