“Azərbaycan ordusunun bu təxribata güc tətbiqi ilə cavab vermək hüququ var” – XARİCİ EKSPERTLƏR

2019/10/14909-1570101463.jpg
Oxunub: 1116     15:11     03 Oktyabr 2019    
Ordu.az redaksiyası Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində yol çəkilişində çalışan mülki şəxs Səfərəli Abışovun erməni hərbçiləri tərəfindən dəhşətli qətlini şərh etmək üçün xarici mütəxəssislərə müraciət edib.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov: Dinc ekskavatorçunun güllələnməsi ermənilərin daha bir təxribat fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu cür davranışın yerli "təşəbbüsün" təzahürü olmadığına, İrəvan hökumətinin Azərbaycanla vəziyyəti gərginləşdirmək məqsədli siyasəti olduğuna inanıram. Bu, Azərbaycanı daha güclü cavab tədbirlərindən istifadəyə məcbur etməklə sonradan onu təcavüzdə ittiham etmək üçün bir cəhdidir. Belə düşünmək üçün səbəblərindən biri, təxribatçı hərəkətlərin istiqamətinin Qarabağ ərazisindən dövlət sərhədinə keçirilməsidir. Dünya birliyi artıq erməni işğalı zonasında atışma və tərəflərin qarşılıqlı ittihamlarına çoxdan vərdiş edib. İndi İrəvana daha həssas bir "ağrı nöqtəsi" lazımdır.

Bu vəziyyətdə Bakı üçün ən sadə həll yolu Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini azad etmək üçün geniş miqyaslı hərbi əməliyyata başlaması ola bilərdi. Bakı BMT-dən beynəlxalq müşahidəçilərin nəzarəti altında belə bir əməliyyatın keçirilməsini israrla tələb etməlidir. Bu, Paşinyan və onun dəstəsinə Azərbaycan xalqının səbrinin sona çatdığını anlamağa imkan verəcək. Digər tərəfdən, bir anlayış var ki, Azərbaycan Prezidenti İlham Əliyev, erməni "qırğıları"ndan fərqli olaraq, münaqişəni hələ də sülh yolu ilə həll etməyə çalışır. Lakin bu vəziyyətdə belə, Azərbaycan hökuməti susmamalıdır - qətiyyətli beynəlxalq etirazlara zərurət mövcuddur. Hər bir təxribat hadisəsi BMT-nin diqqətinə çatdırılmalıdır. Beynəlxalq birlik bu vəziyyətdə qan tökülməsində və mülki insan tələfatında kimin günahkar olduğunu aydın şəkildə anlamalıdır.

Qazaxıstan politoloqu Daniyar Qasımov: Oktyabrın 2-də Azərbaycan və Ermənistanın dövlət sərhədində baş verənlər birmənalı olaraq təxribatdır. Ermənistan hərbçiləri Azərbaycanın sərhəd bölgələrinin mülki əhalisinə qarşı növbəti cinayət törədiblər. Maraqlıdır ki, bu hadisə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin ölkə başçılarının İrəvanda keçirilən sammitindən dərhal sonra baş verib. Hesab edirəm ki, Azərbaycan ordusunun bu təxribata güc tətbiqi ilə cavab vermək hüququ var.

Litva hərbi jurnalisti Riçardas Lapaytis: Bu kədərli xəbəri eşidən kimi dərhal düşündüm ki, erməni hərbçilərin öldürdüyü mülki şəxs, ekskavatorda işlədiyi üçün atəş səsini eşitməyə bilərdi! Düşündüm ki, dünyada bu cinayətə də heç bir reaksiya olmayacaq. Üstəlik, erməni hərbçiləri tərəfindən sui-qəsd Azərbaycanın işğal olunmuş ərazilərinin yaxınlığındakı cəbhə bölgəsində deyil, Azərbaycan və Ermənistan dövlət sərhəddində baş verir. Təəssüf ki, Azərbaycanda mülki şəxslərin öldürülməsinin Ermənistan hakimiyyəti üçün çoxdan normal olduğunu Avropada bilməyən çox az adam qalıb. Mən cəbhə bölgəsindəki Qapanlı kəndinə səfərlərimdən birində gənc traktor sürücüsünün necə yaralandığını xatırlayıram.

Mülki şəxslərin öldürülməsi müharibə cinayətləri kateqoriyasına aiddir. Lakin təəssüf ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən cəzasız qalır. Əgər belə olacaqsa, onda ermənilər bu cür davranmaqda davam edəcəklər! Onların düşüncələrində heç nə dəyişməyib - mülki şəxslərin qətlləri, şantaj, təxribat - bütün bunlar Ermənistan hakimiyyəti üçün normaya çevrilib. Azərbaycan müvafiq beynəlxalq qurumlara notalar göndərməli və sayı yalnız artacaq təxribatlara getməməlidir. Baxmayaraq ki, Azərbaycanın müasir ordusu var və düşünürəm ki, onlar belə mürəkkəb şəraitdə necə davranacaqlarını bilirlər.

Müharibə jurnalisti olaraq mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm. İnanıram ki, vaxt gələcək ki, Azərbaycan Ordusu bütün işğal olunmuş əraziləri azad edəcək! Ədalətə inanıram və bu günü səbirsizliklə gözləyən adi azərbaycanlıları başa düşürəm.

Belaruslu təhlükəsizlik mütəxəssisi, "Belarus Security Blog" analitik mərkəzinin rəhbəri Andrey Porotnikov: Aşkar mülki şəxsi məhv etmək məqsədilə atəş açmaq üçün obyektiv hərbi zərurət olmayıb. Hər bir qarşıdurmanın özünəməxsus xüsusiyyətləri olur, lakin hər qarşıdurmaya xas olan daxili bir məntiq də mövcuddur. İndiki kəskinləşmənin səbəbləri həm Ermənistandakı daxili siyasi vəziyyət, həm də xarici siyasət müstəvisində ola bilər. Ermənistanın daxili vəziyyəti barədə bizə çox şey məlum deyil. Ona görə də bu vəziyyət barədə heç nə deyə bilmərəm. Xarici amillərə gəlincə isə Ermənistan siyasətinin ənənəvi vəzifəsi Azərbaycana hərbi məhsulların tədarükünü əngəlləməkdir. Gərginləşmə fon kimi istifadə oluna bilər və digər ölkələrin Azərbaycanla hərbi-texniki əməkdaşlığını (oda yağ əlavə etməmək və eskalasiyanı stimullaşdırmamaq üçün) dayandırması üçün bir arqument kimi istifadə oluna bilər.

Ukraynalı hərbi ekspert, Silahlı Qüvvələrin Baş Qərargahının əməliyyat şöbəsinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Oleq Jdanov: Bu, sudan da təmiz təxribatdır, məqsədi Azərbaycan ilə Ermənistan arasındakı sərhəddəki sabitliyi pozmaqdır. Bu təxribat Qarabağ ətrafındakı qarşıdurmanın yatırılmaması üçün həyata keçirilib ki, ləng axan münaqişə davam etsin.

Belə atəş zərbələri qeydə alınmalı, açıq şəkildə etiraz edilməli və BMT-yə, İnsan Hüquqları Komitəsinə bəyan edilməlidir ki, Ermənistana qarşı ittiham irəli sürmək üçün əldə material olsun.

Təəssüf ki, beynəlxalq hüquq normaları, xüsusən mülki əhaliyə qarşı cavab atəşi açmağa imkan vermir. Lakin İsrail təcrübəsi göstərir ki, atəş açan düşmənə cavab vermək sərhəd təhlükəsizliyini təmin etməkdə yaxşı effekt verir. Burada silahdan istifadə edilməsinə, ondan cavab atəşi olaraq və ya İsrailin indi etdiyi kimi, önləyici məqsədlə tətbiqinə Azərbaycan rəhbərliyinin icazəsi olmalıdır.

Qırğızıstan politoloqu Edil Osmonbetov: Mülki şəxslərə qarşı hərbi güc tətbiq edilməsi yolverilməzdir. Beynəlxalq təşkilatlara müraciət etmək üçün hüquq mühafizə orqanları tərəfindən bu cür cinayətlərin sübut bazasını toplamaq lazımdır.

Rusiyalı analitik jurnalist və millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov: Ermənistan hərbçiləri tərəfindən sərhəddə ekskavatorun vurulması ilə törədilən təxribat, İrəvanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olması barədə erməni təbliğatının bütün yalanlarını üzə çıxardı. Bu, xüsusən də Paşinyanın qarmaqarışıq münasibət bəslədiyi Rusiya Prezidenti Vladimir Putinə əbədi dostluqdan bəhs etdiyi İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti fonunda çox nümayişkarcasına oldu.

Burada sadə bir təxribat görmürəm, çünki Ermənistandakı bəzi qüvvələr Paşinyana müharibə və yalnız müharibə lazım olduğunu və sülh danışıqlarında oynamağa ehtiyac olmadığını, Rusiyaya isə İrəvanın barışmaq istədiyini göstərməli olduğunu anladırlar. Putin və Əliyev arasındakı növbəti danışıqlarda bu fakt İrəvanın xeyrinə olmayacaq. Beləliklə, yenə də Ermənistanın yeni hökumətinin sabit daxili siyasi vəziyyətlə - öz sərhədlərindəki münaqişədə maraqlı olmayan Moskvanın maraqlarına sadiq qala bilməməsi ilə bağlı suallar yaranacaq.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat   Sərhəd  

“Azərbaycan ordusunun bu təxribata güc tətbiqi ilə cavab vermək hüququ var” – XARİCİ EKSPERTLƏR

2019/10/14909-1570101463.jpg
Oxunub: 1117     15:11     03 Oktyabr 2019    