Ordu.az-ın məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib.
Bildirilib ki, mülki şəxs Səfərəli Abışov bu ilin aprel ayında sərhəd-döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, S.Abışov oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən onun ekskovatorunu atəşə tutub. Nəticədə o, aldığı güllə yarasından həlak olub.
Daşqın Güneyli
Ordu.az