Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələni Müdafiə naziri David Tonoyan təqdim edib.
Paşinyan bu təlim məşqlərin davam edən strateji təlimlərlə əlaqəsi, bunun məntiqi davamı olub-olmadığı ilə maraqlanıb. Nazir cavab verib ki, bu təlim məşqlər fərqlidir.
Paşinyan təlimlərin planlaşdırılan tədbirlər olduğunu qeyd edib.
“Dedik ki, təlimlər və həyata keçirilən çoxsaylı layihələr, əvvəllər misli görünməmiş tədbirdir. Lakin bu heç də xarici dəyişikliklərlə əlaqəli deyil, işin həcmi ilə əlaqədardır”, - deyə o bildirib.
Tonoyan aydınlıq gətirərək qeyd edib ki, əvvəllər nazirin qərarı ilə məşqlər keçirilirdi, lakin Konstitusiyaya və qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq bu il bütün təlim məşqlər hökumətin qərarı ilə həyata keçirilir.
Alpər Mövludoğlu
Ordu.az