Ermənistanın Acapnyak inzibati rayonunun Halabyan 22B binasının həyətində dayanmış Y. Hayka məxsus “Volkswagen Golf” markalı “34 ZC 503” nömrəli avtomobil, o cümlədən qeyd edilən binadan təxminən 50 metr uzaqlıqda dayanan Marqaryan 8 binasının həyətində dayanmış Y. Mher tərəfindən idarəolunan “Hyundai Sonata” markalı “77 NՍ 772” nömrəli avtomobil yandırılıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən saat 01:00 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən törədilib.
Məlumata görə, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Y. Mher Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər inzibati idarəsinin Malatia-Sebastia inzibati rayonlarının istintaq idarəsində baş müstəntiq kimi işləyir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İrəvan
Yanğın