Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə oktyabrın 2-də jurnalistlərlə söhbəti zamanı Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Xəstəxanasının rəis müavini Karen Qriqoryan bildirib.
Onun sözlərinə görə, polkovnik-leytenant hələ də süni nəfəs cihazına bağlıdır, lakin mənfi irəliləyişlər yoxdur və bu, müsbət qiymətləndirilir.
“Ümid edirik ki, vəziyyəti yaxşılaşacaq və yaxın günlərdə şüuru bərpa olmağa başlayacaq”, - deyə o bildirib.
Polkovnik-leytenantın sağalma faizinin nə qədər olması ilə bağlı verilən suala Qriqoryanın cavabı belə olub: “Faizlə bağlı heç nə deyə bilmirəm”.
Alpər Mövludoğlu
Ordu.az