Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri və deputat cəbhədə yerləşən hərbi hissədə olub - FOTOLAR

2019/10/1-1570014207.jpg
Oxunub: 13235     15:02     02 Oktyabr 2019    
Beyləqan və Xocavənd rayonlarında səfər olan Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Elman Məmmədov cəbhədə yerləşən hərbi hissədə olublar.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, qonaqları qarşılayan birlik komandiri, general-mayor Mayıs Bərxudarov müasir üslubda inşa edilmiş hərbi hissə haqqında məlumat verib.

Bundan başqa dövlət nümayəndələri hərbi hissədə xidmət edən şəxsi heyət üçün yaradılan şəraitlə yaxından tanış olaraq əsgərlərlə həmsöhbət olublar.

Sonra qonaqlar hərbi hissədə əsgərlərlə birgə nahar ediblər.





Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Azərbaycan   İcma  


Bizi "telegram"da izləyin