Beyləqanda Xocavənd rayonunun işğal ildönümü ilə əlaqədar tədbir keçirilib – FOTOLAR
Oxunub: 15680
14:01
02 Oktyabr 2019
Xocavənd rayonunun işğalından 27 il ötür. Bu münasibətilə Xocavənd sakinlərinin Beyləqan rayonu ərazisində yaşadığı köçkün qəsəbəsində tədbir keçirilib.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Beyləqan rayon ictimaiyyətinin nümayəndələri, Dağlıq Qarabağın Azərbaycanlı icmasının sədri və nümayəndə heyəti, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, o cümlədən xidmətdə olan hərbi qulluqçular iştirak edib.
Toplantı iştirakçıları öncə Xocavənd rayonunun müdafiəsi uğrunda canından keçən soydaşlarımızın xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edənlər düşmənin işğalçılıq siyasətindən danışıblar:
“Xocavənd rayonuna erməni təcavüzü zamanı 81 kənd, iki qəsəbə yandırılaraq yağmalanıb. İşğal nəticəsində hazırda 12684 nəfər öz doğma yurdundan didərgin düşüb”.