Erməni siyasi şərhçi: “Paşinyan qorxu atmosferi yaratmağa qərar verib”

2019/10/pashi-1569996809.jpg
Oxunub: 17215     15:12     02 Oktyabr 2019    
Erməni mətbuatının yazdığına görə, Ermənistan Ədliyyə Nazirliyinin hüquq mühafizə müfəttişliyinin keçmiş rəhbəri Norayr Panosyan həbs edilib. Vəkillərin iddiasına görə, Panosyan absurd ittihamla həbs olunub. Narek Mutafyan və Sarkis Ohancanyan adlı iki gənc, hakimin yanı ilə gəzdiyinə və ona sual verdiyinə görə həbs edilib. Bir neçə gün əvvəl keçmiş Polis rəisi Hayk Harutyunyan intihar edib.

Bunlar Ermənistanda son günlər baş verən hadisələrdir. Bir neçə gün əvvəl tutulan qadını da unutmayaq. Ermənistanın ikinci prezidenti Köçəryanın Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq həbsdə qaldığını da nəzərdən qaçırmayaq.

Bu yeni Ermənistandırsa, aylar əvvəl küçələrə çıxan ermənilərdən soruşmaq lazımdır, siz dəyişiklik etməyi xahiş etdiniz, sizin tələbiniz budur, belə Ermənistanı istəmisiniz?

Siyasi şərhçi Vardan Mxitaryan qeyd edib ki, bu xalqın meydanlara çıxaraq tələb etdiyi ölkə yox, İosif Stalin və Lavrent Beriyanın ölkəsidir.

“Əlbəttə ki, birbaşa zombi adlandırılan insanlar olacaq ki, Köçəryanın həbsxanada qalmasının lazım olduğunu söyləyəcəklər, ancaq bu kütləyə güvənmək və Ermənistanda Stalin dövrünü və Beriya mənəviyyatını bərpa etmək, düşünürük ki, yumşaq dillə desək yanlışdır. Prokurorluğun sözçüsü kimi özünü aparan və daim “Facebook”da qeydlər edərək, onun, bunun bir digərinin həbs olunmasını tələb edən bir gənc var. Bu cür uğursuzların və formalaşmamışların tələbləri yerinə yetirilsə dövlət inkişaf edə bilərmi? Paşinyan, hətta Stalindən də uzun və daha çox müddətə idarə etmək üçün qorxu atmosferi yaratmağa qərar verib. Əlbəttə ki, bu ola bilməz, amma bu istək cəmiyyətimizə və dövlətimizə böyük zərbə vuracaq”, - deyə o bildirib

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Diktator  


Bizi "telegram"da izləyin