İlk baxışdan, bu gün Paşinyanın gücü dəyişməz, totalitar istəklərlə dolu olsa da danılmazdır ki, gec-tez Nikol gücünün yenidən qiymətləndirməyə dair geri sayım taymerini işə salmalıdır və yaxud gələcəyin qeyri-müəyyənliyini gözləyərək artıq işə salmış da ola bilər.
Ermənistandakı hakimiyyət dəyişikliyindən bir il yarım sonra bu gün Paşinyan hökuməti özündə nəyi əks etdirir?
Erməni müəllif Armen Kareyan qeyd edib ki, bu, bataqlıqda olan, tez-tez pərdəarxası mübarizə aparan, yeganə məqsədi nəyin bahasına olursa-olsun özünü qoruyan bir dəstə insanlardır.
“Məsələn, kim deyə bilər ki, bu hökumətin ideoloji əsası nədir, Paşinyanın komanda yoldaşlarının “sementləndiyi” ətrafında hansı fikri var? “Serji inkar et” və “Qürurlu erməni” ideologiyası var. “Serji inkar et” - ölkəni çaxnaşmalardan uzaq saxlamaq üçün prezident Sarkisyanın istefa verdiyi anda özü-özünü təhdid edib. Qürura gəldikdə isə yenə də bu məsələdə Paşinyanı məyus etməliyik. Çünki meydanlarda, platformalarda verilən vədlərin heç biri həyata keçirilməyib. Ermənistanın sosial-iqtisadi vəziyyəti getdikcə pisləşir. Beynəlxalq təşkilatlarda Ermənistanın reytinqi sıfıra düşüb, bütün dövlət sistemi Paşinyan hakimiyyətinin və nüfuzunun qorunub saxlanmasına xidmət edir”, - deyə Kareyan bildirib.
Belə bir vəziyyətdə Paşinyan daxili düşmən axtarışlarını davam etdirir. Bunu xüsusi canfəşanlıqla yerinə yetirir. O, erməni cəmiyyətini bezdirici həbs şouları ilə qidalandırmağa davam edir, əvvəlki hakimiyyəti hədəfləməklə, şəxsi uğursuzluqlarını gizlətməyə, əvvəlki hakimiyyətin üstünə atmağa çalışır.
“Şəhər çirkab, zibil içində itib-batır, bunda məgər əvvəlki hakimiyyət günahkardır? Vəd edilən sərmayələr yoxdur, korrupsiya iqtidardaxili dövrə vurur, bunda yenə də keçmiş hakimiyyət günahkardır? Ermənistanın beynəlxalq platformalarda bir tamaşa səhnəsinə çevrildiyi qeyd edilir. Bütün bunlarda yalnız Sarkisyan və Köçəryanın günahkar olması axtarışındadırlar. Qısa desək bütün bu tamaşalarda maraqlı tərəf tək yalnız bir nəfər, o da Paşinyandır”, - deyə erməni müəllif bildirib.
Çoxlarının, Paşinyana müxtəlif qulluq hesabına təsadüfən həyat zirvəsinə ucaldığı belə bir hakimiyyətdən hansı gələcəyi gözləyə bilərik?
Kareyanın sözlərinə görə, Paşinyan “məndən sonra istərsə sel olsun” bədnam prinsipi ilə yaşayan şəxsdir.
“Dövlətin bir nəfərin qurbanına çevrilməyəcəyinə kim zəmanət verə bilər? Hətta humanitar koridor zəmanəti olduğu halda belə tezliklə buna ehtiyac duyan Paşinyan yumşaq kreslosundan imtina etməli olacaq. Ümidlərini güc strukturlarına bağlasa da gələcək həyat Paşinyana yaxşı heç nə vəd etmir. Xalq arasında mövcud olan məyusluq getdikcə yalnız dərinləşməkdədir. 2020-ci il Ermənistan üçün kifayət qədər mürəkkəb olacaq. Təbii qazın qiymət artımı, artıq mətbuatın bu artımın 30% təşkil edəcəyindən xəbər verməsi bu mürəkkəbliyinin sadəcə bir səbəbidir. Bu məqam gələcəkdə sosial-iqtisadi vəziyyəti gərginləşdirəcək, cəmiyyəti oyadacaq və “inqilab” deyilən vəziyyətə yenidən baxılmasına məcbur edəcək. Bu barədə Paşinyan düşünübmü, bu halda nə cavab verəcək, bu dəfə xalqı hansı yalanlarla qidalandıracaq? Bu dəfə çətin olacaq, əgər hakimiyyətin buna cavabı olsaydı, diktatorluq tərzi üsulları nümayiş etdirməzdi. Bütün bunlara cavabı olmayan Paşinyan gec ya tez erməni xalqı ilə qamçı üsulu ilə danışmalı olacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az