"Ararat-Antiterror-2019" təlimləri və yeni "erməni icadları" - HƏRBİ EKSPERT

2019/10/8-1570085533.jpg
Oxunub: 1499     10:41     03 Oktyabr 2019    
Ermənistanda KİV-lər Silahlı Qüvvələrin silahlanmasına "Lokator" özəl şirkəti tərəfindən hazırlanan çoxfunksiyalı platformaların qəbul edilə biləcəyi barədə məlumatlar tirajlamaqda davam edir. Bu şirkətin bəzi inkişaf etdirdiyi məhsullar Ermənistanda keçirilən "Ararat-Antiterror-2019" MDB təlimlərində təqdim edildi.

Bu təlimlər barədə qısaca bəzi fikirlərimizi bölüşmək istərdik. Təlimlərin əfsanəsinə görə, şərti terrorçular əvvəlcədən boru kəmərini partladaraq qaz obyektlərindən (bu obyekt böyük ehtimalla Rusiyanın "Qazprom" şirkətinin İrəvan şöbəsidir, çünki Ermənistanın qaz təchizatı və satışını onlar həyata keçirir) birini ələ keçirir. MDB xüsusi təyinatlıları isə girovları azad, terrorçuları ələ keçirmək üzrə əməliyyat keçirir.

Təlimlər zamanı xüsusi təyinatlılar binanı hücumla ələ keçirirməyə hazırlaşırlar, bunun üçün 2 nəfər alpinist hazırlıqlı döyüşçülər cəlb olunur, lakin onların üzərində tapançadan və qumbaradan başqa silah gözə dəymir. Onlar ələ keçirilən bina divarlarında hücum qrupunu gözləyirlər, terrorçular isə binanın pəncərəsindən atəş açaraq ətrafa göz gəzdirsələr də alpinistləri "görmək istəmirlər".

Bir ədəd zirehli personal daşıyıcısının atəş dəstəyi və bir ədəd pikapın köməyi ilə bina pəncərələrinin şüşəsi qırılır və texnika üzərindəki nərdivan ilə hücum qrupu binanın ikinci mərtəbəsinə girməyə nail olur. Girovlar azad edilir. Terrorçuların bir qismi həbs edilir, digərləri isə qonşu dövlətin ərazisində gizlənməyə çalışırlar, lakin onlar da mühasirəyə alınaraq məhv edilir.

Təlimlərin aktiv fazası ilə bağlı bir neçə sual yaranır:

1. Hücüm və atəş dəstək qrupu gəlmədən 2 nəfər alpinist divardan niyə asılırdı? Onlar oraya necə, haradan gəlmişdilər və niyə canlı hədəf rolunu ifa edirdilər?

2. Pəncərədən baxan terrorçular bu alpinistləri görməyəcək qədər kor idilərsə, qaz boru xəttini və binanı necə tapmışdılar?

3. Binaya daxil olanda hücum qrupunun tapançalarla, binadan asılan alpinistlərin isə tapança və əl qumbarası ilə silahlandığı görünür, terorçuları yaxalayanda isə qrup üzvlərinin əlində avtomat tüfənglər görüntülənir. Silahların 30 saniyə içində, həm də əməliyyatın pik nöqtəsində dəyişməsi hansı məntiqə uyğundur? Bəlkə də qısa müddət sonra bu metod ictimaiyyətə yeni taktiki "metod" kimi təqdim ediləcək.

Qayıdaq bu təlimlər çərçivəsində "Lokator" özəl şirkəti tərəfindən hazırlanan və təqdim edilən silah və texnikalara. Xatırladım ki, "Lokator" QSC, Rusiyanın VZLET (uçuş) maye və istilik enerjisi ölçmə cihazları şirkətinin Ermənistandakı nümayəndəsidir və ofisi İrəvanda yerləşir.

Bu şirkətin adı "Promaq", "LT-Pırkal", "Araqats" və KB-X kimi Azərbaycan mediasında ciddi olaraq nəzərdən keçirilməyib. Buna səbəb isə 2014-cü ildə şirkətin "ArmTab" planşetinin və "ArmFon" adlı smart telefon istehsalı ilə əlaqədar verdiyi yüksək bəyanatla bağlı idi. Yerli və milli istehsal kimi təqdim edilən məhsulların qısa müddətdə həm daxili, həm də xarici bazarlarda layiqli yer tutacağı, hər bir erməni məktəbli və tələbəsinə əlçatan olması ilə bağlı proqnozlar özünü doğrultmadı. Bu cihazların tanınmış liderlərə, o cümlədən Dmitri Medvedevə hədiyyə verilməsi də vəziyyəti düzəldə bilmədi. Sonradan isə məlum oldu ki, ermənilər bu cihazların hissələrini Çin, Yaponiya, Cənubi Koreya və Honkonqdan idxal edərək sadəcə ölkədə onun yığılmasını təşkil edirlər. Bu məlumat şirkətin nüfuzuna ciddi xələl gətirməklə onu həm yerli, həm də xarici mətbuatın gözündən saldı.

İstənilən halda Ermənistanın müstəqil halda hansısa ciddi silah sistemləri, o cümlədən avtonom platformalar hazırlamaq üçün real yerli mühəndis potensialı yoxdur. Bəlkə də proqram təminatı sahəsində hansısa addımlar atılır, lakin bunun silah mühəndislərinin hazırlığı ilə əlaqəsi yoxdur. Odur ki, Ermənistan şirkətləri hansısa yeniliyi təqdim edəndə, ilk növbədə ağlıma bir az mədəni dillə desək, bu platformanın hansı şirkətdən götürüldüyü gəlir. Əvvəlki araşdırmalar nəticəsində Ermənistan müdafiə sənaye şirkətlərinin yerli PUA adı altında təqdim etdiyi aparatların İsrail və Rusiya vasitələrinin bazasında hazırlandığı məlum olmuşdu. PUA-lar daha çox xarici görünüşə görə kopyalansada, taktiki-texniki xüsusiyyətlərin əldə edilməməsi yerli PUA-larının nəinki yüksək ixrac potensialı, hətta bir çox modelinin erməni ordusunda silahlanmaya qəbul edilməsinə imkan verməyib.

Bu dəfə də heç nə dəyişmədi.

Beləliklə "Lokator" planşet və smartfon istehsalında ciddi nailiyyət əldə edə bilməyəcəyini anladıqdan sonra, daha gəlirli ola biləcək müdafiə sənayesi istiqamətinə köklənir. Şirkətin Ermənistan ordusundakı insan çatışmazlığı probleminin həlli kimi gələcəkdə Silahlı Qüvvələri yeni avtonom döyüş modulları ilə təchiz etmək istiqaməti əslində düzgün seçilib. Bu 1-ci eşalon da daxil olmaqla hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsində ciddi çətinliklər yaşayan erməni rəhbərləri maraqlandırmaya bilməzdi. Planlar ağlabatan idi, lakin silah platformalarının yeni, yerli və milli olması ilə bağlı bəyanatlar şübhə doğururdu.

"Lokator" şirkətinin həmtəsisçisi (2018-ci ilin aprelinə qədər KB-X şirkətinin həmtəsisçisi idi) Arman Xaçatryanın jurnalistlərə verdiyi müsahibədə söylədiyinə görə, çoxməqsədli platformalar tamamilə Ermənistanda yaradılıb, yerli istehsal olunmayan yeganə detal tırtıllar olub, lakin şirkət hazırda onların da yerli istehsal sahəsini qurmağa çalışır.

Xaçatryanın sözlərinə görə, platformanın xüsusiyyətləri belədir: maksimal sürəti 30 km/saat, məsafəsi 10-15 km, daşıdığı yük isə 300 kq-a qədərdir, arxasındakı qoşqu isə daha çox yük daşıya bilər.

"Əvvəlcə platforma yaralıların döyüş bölgəsindən çıxarılması üçün nəzərdə tutulurdu, lakin onun üzərində hər hansı bir kiçik silah quraşdırılmaqla onu uzaqdan idarə olunan döyüş moduluna çevirmək mümkündür. Bu platformanın üzərinə silah və partlayıcı maddə yerləşdirməklə, onu "kamikadze" kimi istifadə etmək olar. Platforma 45 dərəcəyə qədər bucaq altında yoxuşa dırmana bilir", - deyə Xaçatryan bildirir.

Bu platformanın hazırlanmasına təxminən bir il əvvəl başlanıb. Birinci versiya "Ararat-Antiterror-2019" MDB təlimlərində təqdim olunub, ikinci versiya isə hazırlanmaqdadır. Yeni versiya, tırtılların platformadan daha yüksək olması səbəbindən yuvarlandıqda belə hərəkətini davam etdirməlidir. 2020-ci ilin sonuna qədər yeni modelin kütləvi istehsalını təşkil etmək üçün şirkətin çalışmalarını davam etdirdiyi iddia edilir.

Şirkət bu platformaların bir neçə nümunəsini - çətin əlçatan, xüsusən meşə və kobud ərazidə yerlərdə yanğınsöndürənlərə kömək üçün, şəhər əməliyyatları üçün təkərli bir modelini - artıq hazırlayıb. Sonuncu model pilləkənlərə də dırmana bilər. Bu platformanın kiçik bir versiyası film çəkilişi üçün istifadə edilə bilər.

Belə bir sistemlər Ermənistan ictimaiyyəti üçün yerli istehsal kimi təqdim edilsə də, bu tip məsafədən idarə olunan ikili təyinatlı məhsullar bir çox ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belarusda və s. artıq illərdir ki, istehsal edilir.

Əgər erməni mühəndislər həqiqətən də məsafədən idarə olunan silah platforması yaratmaq istəyirlərsə, o zaman daha ciddi şirkətlərin təcrübəsindən, məsələn 7.62 və 12.7 mm çaplı yeni döyüş sursatlı pulemyotlarla silahlanaraq birbaşa görüntü sahəsindən kənarda olan hədəfləri mənv edə bilən "Nerexta" pilotsuz vasitələri kimi platformalar ilə maraqlanmalı idilər. 2017-ci ildən istifadə edilən "Nerexta" robot kompleksidir və daha ciddi qorunan hədəflərlə mübarizə apara bilir. Bundan başqa Ermənistan mühəndisləri Rusiyanın "Uran" robotunun müxtəlif versiyalarının, Belarusun "Boqomol", "Al-Dafra" robotlaşdırılmış tank əleyhinə komplekslərinin və ya üzərində QŞQ-762 pulemyotları ilə komplektləşdirilən "Berserk" layihəsindən də istifadə edə bilərdi. Bu platformaların bəziləri erməni icadından həm 3 dəfəyədək daha sürətli, həm də daha kifayət qədər ciddi məhvetmə imkanlarına malikdir.

Ermənilərin hazırladığı tırtıllı adsız vasitə böyük ehtimalla Rusiyanın "Platform-M" avtonom vasitələrinin bazasına əsaslanaraq hazırlanıb. Rusiya maşınları tüstü pərdələri yaratmaq, düşmənin minalı ərazilərində keçidlər açmaq, silah-sursat və digər yükləri təyin olunan yerə çatdırmaq üçün istifadə edilə bilər. 4 ədəd tank əleyhinə qumbaraatan şəklində faydalı yük də daşıya bilər. Bundan əlavə, kompleks mühüm obyektlərin mühafizəsində patrul xidmətini həyata keçirə bilər. Tərtibatçıların fikrincə, "Platform-M" kompleksi birbaşa döyüş bölgəsindəki bir sıra vəzifələri həll etmək üçün hazırlanıb. Faydalı yükün tərkibindən asılı olaraq kəşfiyyat vəzifələri də yerinə yetirə , stasionar və hərəkət edən hədəfləri məhv edə və öz bölmələrinə atəş dəstəyi verə bilər.

"Platform-M" 300 kq-a qədər bir yükü yerləşdirmək və daşımaq üçün 800 kq-a qədər olan universal, avtonom və məsafədən idarəolunan tırtıllı bir platformadır. Birbaşa görüntü sahəsində (1500 m-ə qədər) robot düz və + 25 dərəcə maili ərazilərdə 12 km/saat sürətlə hərəkət edərək 21 sm yüksəklikdə və ya dərinlikdəki maneələri dəf edə bilir.

Uzunluğu 1600 mm, eni və hündürlüyü isə 1200 mm-dir. Fasiləsiz hərəkət müddəti 10 saat, zireh mühafizəsi isə 3-cü sinifə (5.45 mm-lik mərmidən tam qorunma) aiddir.

Yeri gəlmişkən ermənilər öz platformalarının kütləsini göstərmir, lakin faydalı yük daşıma imkanı hər iki qurğuda eynidir. Erməni icadının rus "Platform-M" vasitəsindən 2.5 dəfə daha sürətli və təxminən 2 dəfə daha sərt yoxuşa dırmana bilməsi haqqında istehsalçı şirkətin bəyanatı təbii ki, şişirdilmiş rəqəmdən başqa bir şey deyil. Yaxşı olardı ki, şirkət öz məhsulunun kütləsi, qabarit ölçüləri, zireh mühafizə səviyyəsi, fasiləsiz çalışma müddətini, məhdud görmə şəraitində özünü aşkarlatmadan istifadəsini, PUA buraxmaq üçün baza funksiyasını, mina təmizləmə trallarının, optik elektron, termal kameraların, məsafəölçənlərin, səsgücləndiricilərin və digər xüsusi avadanlıqların inteqrasiya imkanlarını, birbaşa görüntü sahəsində və ya ondan kənarda qurğunun idarəetmə məsafəsini açıqlayardı, çünki bu tip platformalar yaradılanda yuxarıda sadalanan imkanlar mütləq nəzərə alınmalıdır, əks halda layihə universallığını itirir və müasir döyüş əməliyyatlarının aparılması normalarının tələblərinə tam cavab vermir. Sadalanan texniki xüsusiyyətlərin əksəriyyəti məxfilik statusu daşımır, belə olan halda onların elan edilməməsi ya platformanın hansı qurğu əsasında yaradıldığını təyin etməyə yardım edə biləcəyi, ya da onların analoqlarından daha zəif göstəricilərə malik olması ilə əlaqədar ola bilər.

Ermənilərin istehsal etdikləri platformanın müstəqil fəaliyyəti, avtomatik idarəetmə sistemi, marşrutu müstəqil təyin etməsi, verilən tapşırıqların avtonom icrası, PUA və digər sistemlərə inteqrasiyası ilə bağlı məlumatların olmaması, bu vasitələrdə adı çəkilən funksiyaların mövcud olmadığının göstəricisi də hesab edilə bilər.

Zenit pulemyot qurğusu

Digər bir “yenilik” isə hava hücumundan müdafiə qüvvələri üçün hazırlanan zenit pulemyot qurğusunun modernləşdirilməsindən ibarət idi.

"Yeni qurğu Ermənistanın hava hücumundan müdafiə sistemi ilə uyğunlaşa bilir. Ekranda hədəfi göstərmək kifayətdir ki, qurğu onu təqib etsin. Tamamilə avtonomdur, atəş əmri verilənədək təxminən 3 ay gözləmə rejimində qala bilir. İkinci versiyası isə atıcı tərəfindən idarə olunur. Hədəfləri müəyyənləşdirən ayrıca bir müşahidə məntəqəsi də mövcuddur. Bir müşahidə məntəqəsi on belə zenit qurğusunu idarə etməyə imkan verə bilər", - deyə şirkətin həmtəsisçisi bildirib.

Ermənistanda keçirilən "Ararat - Antiterror-2019" MDB təlimləri çərçivəsində "Locator" şirkətinin təqdim etdiyi digər bir məhsul avtonom döyüş moduluna malik pulemyotdan ibarət idi.

İstehsalçıya görə tamamilə avtonom döyüş modulunun ilk versiyası 2014-cü ildə 7.62 mm-lik pulemyotla təqdim edilmişdi. Bu platformanın hədəfləri axtarıb tapan və məsafədən onu operatora ötürən ikinci versiyası isə 2018-ci ildə "ArmiTec-2018"də təqdim edilib və Ordu.az bu barədə məlumat verib.

Şirkətin həmtəsisçisi olan Arman Xaçatryan ikinci versiyadan olan qurğunun səngərin yaxınlığında quraşdırılmaq üçün nəzərdə tutulduğunu, qurğunun qapağının açılması ilə onun 40 sm yuxarı qalxaraq bir robot-əsgər rolunu oynadığını, həmçinin hədəf artıq məlum olduqda bu versiyanın əlverişli olduğunu (hədəf məlumdursa, robota nə ehtiyac qalır - qapaq açılana, silah qalxana, ona komanda verilənə, hədəf göstərilənə və silah hədəfə tuşlanana qədər hədəfi aşkarlayan özü atəş açır və məsələ bitir) və 12.7 mm-lik iriçaplı pulemyota malik üçüncü versiyanın hazırlandığını bildirir.

3-cü versiya isə yerdən 70 sm yüksəyə qalxır (bu təhlükəli də ola bilər), nəmişliyə və ya çirklənməyə qarşı həssas deyil. Kifayət qədər yüngül olduğu, 4 nəfərin daşıya biləcəyi bildirilir. Maraqlıdır, bir əsgəri əvəz edəcək qurğunun, hələ yüngül versiyada 4 nəfər tərəfindən daşınması hansı məntiqə sığır?

Ortalama olaraq avtonom tırtıllı vasitə xaric, digər “yenilik”lər, əgər onları belə adlandırmaq mümkündürsə, həm TTX, həm də döyüşün taleyinə təsir imkanları baxımından ciddi bir vasitə kimi qəbul edilə bilməz. 70 il əvvəl yaradılan bir silahın yerdən 40 və ya 70 sm yüksəklikdən, həm də komanda ilə əldən və ya qutudan atəş açması döyüşün gedişində nəyi və necə dəyişəcək? Maksimum iki nəfərin daşıdığı silahın əlavə dayaqlar və s. hesabına heyət üzvlərinin sayını 4 nəfərə qədər artırmaq isə tam absurddur. Mən hələ burada platformanın dəqiqlik, təpmə, orta səpələnmə göstəriciləri barədə məlumatım olmadığı üçün onları nəzərə almadım. Bir neçə “erməni icadı”nın eyni zamanda təqdim edilməsi, bəzilərinin ilkin versiyasının isə illər öncə hazılranmasına baxmayaraq, onların heç birinə konkret ad verilməməsi də diqqətləri cəlb edir. Bunun həmin qurğuların tam hazır olmaması ilə bağlı olduğu da ehtimal edilə bilər.

Ermənistanın yaxın planları

Ermənistan müdafiə sənayesinin mütəxəssisləri bu gün üçün çox istəkli olsalar da, layihələrin bir çoxu ciddi nəticələrə səbəb ola bilmir, lakin bəzilərini görməzdən gəlmək də düzgün olmaz. Bu mənada ermənilərin diplomatiya və müdafiə imkanlarının uzlaşdırılması istiqamətində atdığı addımları və bu addımların məqsədlərini qısaca qeyd etmək istəyirəm.

Mövcud vəziyyətdə Ermənistan, dövlət maraqlarına əhəmiyyət verməklə erməni diplomatiyasının vəzifəsi kimi bütün dünya ermənilərini vahid milli konsepsiya altında birləşdirməyi, yerli istehsalı, o cümlədən müdafiə sənayesini dəstəkləməyi, istənilən dövlətlə bərabər və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu açıq şəkildə təsdiqləməyə çalışır.

Ermənistan Rusiya ilə münasibətlərinin soyuduğu bir dövrdə Kremllə strateji tərəfdaşlığın dərinləşməsindən dəm vurur. Həm Avropa İttifaqı, həm ona üzv olan ölkələrlə, həm də ABŞ-la əməkdaşlığın gücləndirilməsini ölkənin xarici siyasət prioritetləri siyahısına daxil edirlər. Regional təhlükəsizlik və iqtisadi inkişaf kontekstində yaxın qonşularımız olan Gürcüstan, İsrail və İranla münasibətlərini prioritet hesab edirlər, yəni Moskva, Tiflis, Təl-Əviv və ya Tehranla münasibətlərimizdə ola biləcək cüzi sərinlikdən dərhal yaralanmağa çalışacaqlarını gizlətmirlər.

Mövcud reallıqları nəzərə alaraq, ənənəvi xarici siyasət istiqamətlərinə əlavə olaraq Çin, Hindistan, Yaponiya ilə əlaqələrin inkişafına təkan verməyə, onların potensialından yararlanmağa çalışırlar.

Eyni məntiqlə Yaxın Şərqdəki Misir, Livan, Suriya kimi ənənəvi tərəfdaşlarla yanaşı, Ermənistanın həm Fars körfəzi ölkələri ilə, həm də yeni istiqamət olan Afrika qitəsindən Efiopiya ilə sıx əməkdaşlığına cəhd edirlər. Sonuncunun vasitəsi ilə Ermənistan Afrika Birliyi ilə əlaqələrə can atır.

Bütün bunların fonunda Ermənistan xarici işlər və Müdafiə Nazirliyinin atdığı addımları izləmək, işğalçı ölkənin planlarını alt-üst etmək üçün mövcud potensialımızın, o cümlədən adı çəkilən ölkələrdəki diasporumuzun imkanlarından yaralanmalıyıq. Ermənistan rəhbərliyinin bütün səfərlərini ABŞ-ın Los Ancelos şəhərinə səfəri zamanı həyata keçirilən boykot çağırışlarının analoqları ilə "bəzəməli", işğalçı ölkənin Baş nazirinin "sülhsevər demokrat" maskasını cırmalı, alınan silah sistemlərinin və avadanlıqların Dağlıq Qarabağ və ətraf rayonların işğal faktını davam etdirmək üçün istifadə ediləcəyini vurğulamalıyıq.

Azərbaycan müdafiə sənayesi isə əldə edilən səviyyə ilə qətiyyən məhdudlaşmamalı, daim Silahlı Qüvvələrimizin 20 il sonrakı tələbatını qarşılayacaq silah sistemlərini və işğalçı ölkənin büdcəsini çətinliklərə məruz qoyacaq ciddi layihələri tam və müstəqil olaraq həyata keçirməliyik.

Nəticə

Əgər xatırlayırsınızsa, 1998-ci ildə Ermənistan SPİD və bir sıra ağır infeksiya xəstəliklərini tam müalicə edən "Armenikum" pereparatını icad etdiyini elan etmişdi.
Sonra isə "ArmTab" planşetləri və "ArmFon" smartfonları haqqında nağılları qulaq asmalı olduq.

Bunun ardınca erməni silah mühəndisləri PUA istehsalında inqilabi yeniliklərə imza atdıqlarını bəyan etdilər.

İndi isə tırtıllı avtonom platformalar, məsafədən idarə olunan zenit topları, iriçaplı pulemyotlar və s. barədə arzu etdiklərini həqiqət kimi qələmə verməyə çalışırlar. Ermənilər müdafiə sistemləri istiqamətində istəkli və iddialı görünürlər, bəlkə də yeni ideyalara "hamilə"dirlər. Lakin istək və "hamiləlik" hər şeyi həll etmir.

Bu ixtiraların birincisinin elanı 21 il əvvəl edilib və bu ənənə bu günə qədər davam edir. Nə "Armenikum" pereparatı ilə sağalan xəstəyə (əksinə BBC-nin apardığı araşdırma nəticəsində məlum oldu ki, bunu qəbul edən xəstələr müalicədən sonra daha ağır vəziyyətə düşüblər), "ArmTab" və "ArmFon" ilə yetişən elm adamına, onu alan bir ölkəyə və ya vətəndaşa, nə də erməni PUA-sı əldə edən bir orduya rast gəlmirik. Adsız platformalara isə taleyi həll olunan hərbi əməliyyatlarda da rast gələcəyimə inanmıram. Əslində heç şərhə də ehtiyac qalmayıb.

İnanıram ki, hərbi əməliyyatların bərpası ilə Ermənistan ictimaiyyəti bütün sadalanan silah və avadanlıqlarının iddia edilən imkanlarının əsl nağıl olduğuna əmin olacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   HSK  

"Ararat-Antiterror-2019" təlimləri və yeni "erməni icadları" - HƏRBİ EKSPERT

2019/10/8-1570085533.jpg
Oxunub: 1500     10:41     03 Oktyabr 2019    