Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr Manasyan bu gün jurnalistlərlə söhbəti zamanı Nikol Paşinyanın BMT Baş Assambleyasının 74-cü iclası zamanı səsləndirdiyi fikirlərə toxunarkən bildirib.
Manasyan əvvəlcə Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın Qarabağ məsələsinə dair səsləndirdiyi fikirləri xatırladıb.
“İkinci prezident deyib ki, Qarabağın tanınmasının Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur. Serj Sarkisyan da eyni şeyi başqa bir tərəflə deyib. Sarkisyan qeyd edib ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağın əvəzinə oturur, Ermənistan genişlənmiş konfliktin tərəflərindən biri deyil. Paşinyanın etdiyi xoş bəyanatlar vermək və sonra geri çəkilmək idi. O, Xankəndində bildirdi ki, “Qarabağ Ermənistandır, vəssalam”. Növbəti dəfə BMT-də bu çıxışı etməsi artıq geri çəkilmə idi. O, bu cür uğursuz şey edən ilk insandır”,- deyə Manasyan bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfi bu cür bəyanatlara ciddi diqqət yetirir.
“Azərbaycan bu bəyanatı “barmaq sarğısı”na çevirəcək. İndi Bakı Ermənistan rəhbərinin Xankəndində belə bir şey dediyini gündəmə gətirməklə BMT çıxışını tənqid etmək imkanı əldə edib”,- deyə Manansyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az