Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Aleksandr Kananyan Paşinyanın Qarabağla bağlı BMT-dəki çıxışına toxunarkən bildirib.
Kananyan qeyd edib ki, o, bu məsələdə Paşinyanı tənqid edənlərin sırasındadır.
“Hesab edirəm, bu cür bəyanat sadəcə qeyri-ciddi olduğu üçün ona yaraşmayıb. İstənilən danışıq bütün tərəflər üçün qarşılıqlı güzəşti nəzərdə tutur. O zaman Levon Ter-Petrosyan mərhələli şəkildə 7 rayonun qaytarılmasına razı idi, Robert Köçəryan Ki Uestdə ərazilərin qaytarılması ətrafında danışıqlar aparırdı, Serj Sarkisyan da ərazilərin qaytarılmasının qaçılmazlığı və bu yolla həllə nail olmaq haqqında dəfələrlə danışıb. Onlar hamısı bu cür danışıqlarda iştirak etməklə hər hansı qaydada Azərbaycanın maraqlarını nəzərə almağa çalışıblar”,- deyə Kananyan bildirib.
Kananyan təkid edir ki, Ermənistanın yeni hakimiyyəti mənasız və boş çıxışlar etməməlidir.
Alpər Mövludoğlu
Ordu.az