Əlahiddə Ümumqoşun Orduda MTT üzrə komandir müavinləri ilə məşğələ keçirilib - VİDEO

2019/09/1569858342.jpg
Oxunub: 10650     19:14     30 Sentyabr 2019    
Əlahiddə Ümumqoşun Orduda maddi-texniki təminat üzrə komandir müavinlərinin, zirehli tank xidməti və texniki nəzarət məntəqə rəislərinin cəlb edilməsi ilə məşğələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, məşğələ zamanı hər növə məxsus zirehli tank texnikalarının avtomobil parkından çıxması və parka qayıtması, texnikalara göstərilən gündəlik texniki xidmətin ardıcıllığı və praktiki yerinə yetirilməsi nümayiş etdirilib.

Məşğələdə texnikalar parkdan çıxan zaman park növbətçisinin və texniki nəzarət buraxılış məntəqə rəisinin praktiki fəaliyyəti də öz əksini tapıb.

Müxtəlif təlim yerlərində icra olunan fəaliyyətlərdə əsas məqsəd məşğələyə cəlb olunmuş heyətin peşəkarlığının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.



Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   ƏÜO  


Bizi "telegram"da izləyin