Köçəryan Aprel döyüşləri barədə: "Biz ciddi bir mərhələyə daxil olmuşuq"

2019/06/Andra-1561534180.jpg
Oxunub: 30659     16:18     30 Sentyabr 2019    
"Biz ciddi bir mərhələyə daxil olmuşuq, texniki məsələlər müzakirə olunur".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyanın sədri Andranik Köçəryan bildirib.

Onun sözlərinə görə, bugünkü iclasa dövlət rəsmiləri dəvət olunmayıb, lakin təsdiq olunmuş siyahı ilə dəvət olunanların sayı olduqca çox olacaq.

"İstisna etmirəm ki, sizi maraqlandıran insanlar da dəvət olunsun",- deyə Köçəryan əlavə edib.

Qeyd edək ki, sentyabrın 30-da Aprel döyüşlərinin araşdırılması üçün yaradılmış Ermənistan parlamentinin İstintaq Komissiyasının qapalı iclası baş tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Köçəryan  


Bizi "telegram"da izləyin