Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, rus hərbi-siyasi təhlilçi Pavel Felqenqauer Paşinyanın BMT Baş Assambleyasının 74-cü iclası zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndiridiyi fikirlərə toxunkən bildirib.

Onun sözlərinə görə, qeyri-müəyyənliyə baxmayaraq, vəziyyəti gərginləşdirmədən fürsətlər axtarmağı davam etdirmək lazımdır.
Almaniyalı politoloq Uve Halbax isə qeyd edib ki, həllin bütün iştirakçılara məqbul olması üçün onların güzəştlərə hazır olması vacibdir.

“Həllin bütün iştirakçılara məqbul olması üçün nə lazımdır? Bu, çox mürəkkəb məsələdir. Buna danışıqlar prosesi ilə nail olmaq lazımdır. Hər hansı bir şeyi güzəştə getmək hər iki tərəf üçün məqbul olmalıdır, bu, açardır, bu halda münaqişə asanlıqla həll edilə bilər. Lakin bu hazırlıq yoxdursa, həll perpektivi də yoxdur”,- deyə Halbax bildirib.
Alpər Mövludoğlu
Ordu.az