“Xaçlılar” Paşinyanın fotoşəkillərini məsxərəyə qoydu

2019/09/24133-3139674064.jpg
Oxunub: 21236     15:49     30 Sentyabr 2019    
Qarabağ döyüşlərində iştirak edən, Livan və Suriyadan gəlmiş təxribatçı erməniləri özündə birləşdirən “Xaçlılar” dəstəsinin veteranı Şahe Acemyan Paşinyanın sosial şəbəkədə yayılmış şəkillərini məsxərəyə qoyub.

Ordu.az xəbər verir ki, sosial şəbəkələrdə Paşinyanın yatdığı zaman çəkilən fotoları yayılıb.

Acemyan fotoları “Facebook” səhifəsində paylaşaraq Paşinyanı özü ilə müqayisə edib.

“Fərq... Müharibədə olmuşuq, bomba, günəş və yağış altında, nəm meşələrdə yatmağa çalışmışıq, oyanmışıq, görmüşük ki, üstümüzə bir qarış qar yağıb...”, - deyə o bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Xaçlılar  


Bizi "telegram"da izləyin