Çin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi general-mayor Çay Çijunun verdiyi məlumata görə, paradda 15 minlik qoşun, 160-dan çox təyyarə və 580 ədəd hərbi texnika iştirak edəcək.
Nazir, bir çox yeni silah növü və texnikanın nümayiş etdiriləcəyini bildirsə də, silah və texnikaların adlarını açıqlamayıb.

Məlumata görə, “Dongfeng 4” ballistik raketi parad zamanı nümayiş olunacaq silahlardan biridir.
Parad hazırlıqları ilə bağlı Çin sosial mediasında yayılan fotolarda “Sharp sword”, DR-8 və “Wuzhen 8” PUA-larının texnikalar arasında olduğu bulanıq da olsa görünür.
Bir sıra hərbi mütəxəssislər bildirib ki, Çin daha güclü silahlarına da nümayiş etdirə bilər.

Siyasi təhlilçilər bu paradı Pekinin Tayvan, Cənubi Çin dənizi və digər mübahisəli ərazilərə iddialarını həyata keçirmək və bölgədə dominant olan Vaşinqtona meydan oxumaq kimi qiymətləndirir.
Sevinc Əliyeva
Ordu.az