ABŞ Yaxın Şərq Komandanlıq mərkəzini Qətərdən Cənubi Karolinaya köçürüb

2019/09/ert35-1569835141.jpg
Oxunub: 12336     16:30     30 Sentyabr 2019    
Ötən şənbə günü 300 təyyarə Suriya, Əfqanıstan və Fars körfəzi kimi əsas ərazilərdə havada olduğu bir zamanda Qətərdə yerləşən ABŞ və müttəfiqlərinə məxsus Əl-Udeyddəki aviabazanın Birləşmiş Hava və Kosmik Əməliyyat Mərkəzində işlər dayandırılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun əvəzinə ABŞ və müttəfiqlərinin hava qüvvələri 7000 mildən çox uzaq məsafədə yerləşən Cənubi Karolinadakı Şav Hava Qüvvələrinin bazasındakı qruplar tərəfindən idarə olunub.

Yerdəyişmə müvəqqəti olsa da, bu, əhəmiyyətli taktiki dəyişiklik olub. Əl Udeyd bazası 24 saat sonra - bazar günü nəzarəti ələ alıb.

Hərbi Hava Qüvvələrinin komandirləri bildiriblər ki, bu dəyişikliyin edilməsində məqsəd əməliyyatların yeni texnologiyalarla uzaq məsafələrdən idarə olunub-olunmamasını yoxalamaq olub.

Təhlilçilər İranla qarşıdurmanın baş verəcəyi təqdirdə, Əl-Udeyddəki birləşmiş hava və kosmik əməliyyat mərkəzinin hədəfə alınma ehtimalının olduğunu və bunun qorunacağına dair zəmanət olmadığını söyləyirlər.

Qeyd edək ki, ABŞ 13 ildir ki, şimal-şərq Afrikadan Yaxın Şərqə qədər uzanan bölgədəki döyüş təyyarələri, bombardmançı təyyarələri, pilotsuz uçuşlar və digər Hərbi Hava Qüvvələri aktivlərini idarə etmək üçün kiçik körfəz dövləti olan Qətərdə tək bir binadan istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin