Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Hayk Martirosyan bildirib.
Onun sözlərinə görə, Paşinyan bu 2 təyinatı edəndə cəmiyyətin şüurlu kütləsi şokda idi.
“Bir il yarım insanların işinə dözmək, hətta rütbəsini qaldırmaq, daha sonra isə bir günün içində hər ikisini uzaqlaşdırmaq. Görmək və başa düşmək lazımdır ki, bu, həmin insanların yox, Paşinyanın problemidir. MTX direktorunun vəzifədən uzaqlaşdırılmasından sonra Vanetsyan-Paşinyan qarşılıqlı ittiham bəyanatları onu sübut edir ki, bu hakimiyyət dərindən çox zəifdir, qurulmayıb”, - deyə politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az