Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Vladimir Yevsev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münaqişə tərəflərinin hakimiyyət orqanlarının son bəyanatlarına toxunarkən bildirib.
Yevsevin sözlərinə görə, yaxın gələcəkdə bu məsələ ətrafında razılaşma gözlənilmir, bu kimi fürsətlər bundan əvvəl də olub, lakin istifadə edilməyib, hazırda isə belə bir imkan sadəcə yoxdur.
O bildirib ki, Ermənistan yaxşı anlayır ki, Azərbaycan bu kimi fikirlərə qarşı çıxacaq, çünki Azərbaycan münaqişəni yalnız ərazi bütövlüyü prinsipində həll etmək istəyir.
“Əminəm ki, Azərbaycan danışıqlar prosesinin aparılması ilə yanaşı yeni Ermənistan və onun ətrafında baş verən hadisələrin inkişafını izləyir. Düşünürəm ki, müharibə təhdidi ümumiyyətlə aradan qalxmayıb, təhlükə var və tərəflər bu barədə bilirlər”, - deyə rus hərbi ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az