Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan BMT Baş Assambleyasının 74-cü iclasında Paşinyanın çıxışına toxunarkən qeyd edib.
Politoloqun sözlərinə görə, “kulis” görüşlər böyük fayda verə bilərdi, lakin onlar yalnız NATO-nun Baş katibi və Hindistan Baş nazirinin görüşləri ilə məhdudlaşdırıldı.
“Mən Paşinyanın bunu deməklə nəyi nəzərdə tutduğunu bilmək istərdim. Bu, utopiyadır və həyata keçirilməsi mümkünsüzdür, çünki Azərbaycan heç nəyi güzəştə getməyəcək”, - deyə Hambaryan Qarabağ münaqişəsinin həlli ilə bağlı Paşinyanın bəyanatına toxunarkən qeyd edib.
Politoloq, həmçinin Nikol Paşinyanın Los-Ancelesin erməni cəmiyyəti ilə görüşünü də uğursuz qiymətləndirib.
Alpər Mövludoğlu
Ordu.az