Ordu.az xəbər verir ki, bunu erməni ekspert Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Paşinyan destruktiv şəxsdir və cəmiyyəti konsolidasiya etmək üçün öz şansından istifadə etmədi.
“O, məhkumdur. Bu, o demək deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmalıdır. Hakimiyyət Baş nazirə yox, parlamentə məxsusdur və yeni hökumət yaratmaq hakimiyyət dəyişikliyi demək deyil. Bu, parlament idarə üsuluna malik olan ölkələr üçün normal bir şeydir”, - deyə Danielyan qeyd edib.
O, Paşinyanın beynəlxalq platformalarda da anlaşılmaz olduğunu vurğulayıb.
“Paşinyan beynəlxalq tərəfdaşlar üçün nizamsız, birincisi ikincisindən fərqlənməyən şəxsin hörmətini qazanıb, o cümlədən öz qərarlarında elementar və uyğunsuzdur. Mavr öz işini görüb, Mavr uzaqlaşmalıdır. Bizə konstruktiv davranışa sahib olan, cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa girən, etibarlı, proqnozlaşdırıla bilən, öz sözlərində və fəaliyyətlərində təmkinli olacaq şəxs lazımdır”, - deyə ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az