Hərbçilərimizin iştirak etdiyi “Saber Junction - 19” təlimi başa çatıb

2019/09/56756-1569832157.jpg
Oxunub: 23058     12:28     30 Sentyabr 2019    
ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər və onların peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Bu cür təlimlərin iştirakçı ölkələrin orduları arasında təcrübə mübadiləsi, əməliyyat uyarlılığının əldə olunması, bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi baxımından çox mühüm olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SaberJunction-19   Təlim  


Bizi "telegram"da izləyin