Ombudsman aparatı nümayəndələri hərbi hissədə olublar

2019/09/c8da0-1569832052.jpg
Oxunub: 30095     12:18     30 Sentyabr 2019    
Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) təsdiq etdikləri birgə plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüşdə Ombudsman aparatının Hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və sektorun böyük məsləhətçisi Murad Babayev insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman   MN  


Bizi "telegram"da izləyin