Sentyabrın 27-də, saat 21:55 radələrində İcevan polis bölməsinin əməkdaşları Baqrataşen sərhəd buraxılış məntəqəsində 42 yaşlı bir şəxsi həbs edib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, həbs olunan şəxs 1996-cı ildən bəri Vağarşapat polisi tərəfindən axtarışda idi.
O, Ermənistan Cinayət Məcəlləsinin 363-cü maddəsinin 1-ci hissəsi ilə (xəstəlik simulyasiyası və ya digər qanunsuz yolla hərbi xidmətdən yayınma) ittiham olunur.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Fərarilik