Qarabağda ölən erməni hərbi qulluqçu barədə cinayət işi açılıb - DETALLAR

2019/07/98275-1564047960.jpg
Oxunub: 6574     12:13     30 Sentyabr 2019    
Erməni hərbi qulluqçu Arman Armeni Levonyanın öldürülməsi işi ilə bağlı Üçüncü Qarnizonun istintaq bölməsində Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi açılıb, ilkin istintaq aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hadisənin hərtərəfli və tam araşdırılması istiqamətində zəruri istintaq və prosessual tədbirlər görülür.

Levonyan Ermənistanın Araqatsotn vilayətinin Ohanavan cəmiyyətindən idi. Cəmiyyətin rəhbəri Edqar Hayrapetyan bildirib ki, Levonyan evin kiçiyi idi.

“O cəmi iki ay sonra, dekabr ayında tərxis olunmalı idi”, - deyə o qeyd edib.

Xatırladaq ki, Levonyan sentyabrın 28-də, saat 06:50 radələrində Ermənistan MN-in “N” saylı hərbi hissənin döyüş mövqeyində sinə nahiyəsindən ölümcül güllə yarası alması nəticəsində ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Ölüm  


Bizi "telegram"da izləyin