Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı analitik Uve Halbax bildirib.
O qeyd edib ki, əgər tərəflərdən hər hansı biri üçün həll məqbul olmasa, münaqişə sadəcə həll olunmayacaq.
“Buna görə də bu barədə vasitəçilər və ya vasitəçi ölkə rəhbərləri tərəfindən tez-tez danışılır. Münaqişənin həll ediləcəyi təqdirdə qalib gələn və ya məğlub olan olmamalıdır, həll qarşılıqlı güzəştlər və faydalı nəticələr əsasında olmalıdır.
Həllin bütün iştirakçılar üçün məqbul olması üçün nə lazımdır? Birincisi, bu, çox çətindir. İkincisi, bütün tərəflərin güzəştlərə hazır olması lazımdır. Buna danışıqlar yolu ilə nail olmaq lazımdır. Hər hansı bir güzəşt hər iki ölkə üçün məqbul olmalıdır. Açar budur, bu halda münaqişə asanlıqla həll edilə bilər”, - deyə Halbax qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az