SHXÇDX hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinə dair layihənin icrasını davam etdirir

2019/09/15698-1569829173.jpg
Oxunub: 6433     11:38     30 Sentyabr 2019    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə başladığı layihəni daha bir tərəfdaş qurumla davam etdirir.

Xidmətdən Ordu.az-a bildiriblər ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Vağzalında və sərnişin stansiyalarında quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı iki videoçarxın yayımına başlanıb.

Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı ərəfəsində əhalinin sıx olduğu ictimai yerlərdə və daha çox istifadə etdiyi ictimai nəqliyyat infrastrukturunda belə bir platformanın həyata keçirilməsi rəğbətlə qarşılandığını nəzərə alaraq bu istiqamətdə işlər davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin