Ermənistan ordusuna məxsus 4 avtomobil qəza törətdi - 1 ölü, 14 yaralı (ƏTRAFLI)

2018/12/photo-1546071266.jpg
Oxunub: 32133     09:39     30 Sentyabr 2019    
Dünən, Ermənistanın Araqatsotn vilayətində hərbçilərin iştirakı ilə qəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 19:30 radələrində "Kavz" markalı avtobus Sərdarabad (Armavir) - Boğutlu (Arteni) avtomobil yolunun Boğutlu kənd inzibati ərazisində "Kamaz" markalı yük maşını ilə toqquşub.


Məlumatlara görə, baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan ikisi son dərəcə ağır diaqnozla Talin və Sərdarabad (Armavir) tibb mərkəzlərinə, digər hissəsi isə İrəvanın müxtəlif xəstəxanalarına yerləşdirilib.

Qəza ilə bağlı araşdırmadan məlum olur ki, Talin-Boğutlu (Arteni) avtomobil yolunun 20-ci km hissəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus 4 yük maşını (3 "Kamaz" və 1ZİL) toqquşub, bundan sonra "Kavz" (digər mənbəyə əsasən "Paz") markalı avobus (sürücü - 1958-ci il təvəllüdlü H. Hakob) qəzaya uğramış "Kamaz" markalı yük maşının arxasına birləşdirilmiş qoşquya çırpılıb.


Avtobusun sürücüsü yerində ölüb, 13 nəfər sərnişin isə Sərdarabad (Armavir) və Talin tibb mərkəzlərinə yerləşdirilib. Xilasedicilər xüsusi texnikanın köməyi ilə ölmüş sürücünün cəsədini avtobusdan çıxarıblar.

M. Mane (1996-cı il təvəllüdlü), Y. Kristine (2001-ci il təvəllüdlü), H. Arayik (1990-cı il təvəllüdlü), S. Marqarit (1957-ci il təvəllüdlü), M. Susanna (1954-cü il təvəllüdlü), A. Satenik (1957-ci il təvəllüdlü), H. Harutyun (1965-ci il təvəllüdlü), H. Arman (2003-cü il təvəllüdlü) və A. Ruzanna (1989-cu il təvəllüdlü) Talin tibb mərkəzinə yerləşdirilib.

Həkimlər A. Ruzannanın sağlamlıq vəziyyətini son dərəcə ağır, digərlərini isə orta ağır qiymətləndiriblər. A. Ruzanna İrəvanın "Amenia" tibb mərkəzinə yerləşdirilib.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin