“Aprel döyüşlərindən sonra təxminən 1000 nəfərə yaxın topladıq” - Sefilyan

2019/02/00-10-1551342463.jpg
Oxunub: 10081     14:24     28 Sentyabr 2019    
“Hektarlarla ərazini geri qaytarmaq üçün 1000 nəfər toplandı, lakin bu gün vəziyyət tamamilə fərqlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu radikal “Sasna Tsrer” təşkilatının təsisçi üzvü Jirayr Sefilyan bildirib.

Onun sözlərinə görə, bu aylarda onlara mütəmadi olaraq xatırladırlar ki, indi azadlıqdadılar, gedib hektarlarla ərazini geri qaytarsınlar.

“Çünki xatırlayırlar ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra biz könüllüləri səfərbər etmişdik və təxminən 1000 nəfərə yaxın topladıq. Təcrübəli insanlarla bu problemi həll etmək üçün Müdafiə Nazirliyi ilə birgə müraciət təqdim etdik. Lakin hamınız nə baş verdiyini gördünüz: əvvəlcə məni həbs etdilər sonrası isə hamınıza bəllidir”, - deyə Sefilyan qeyd edib.

O bildirib ki, edilən bu təklifi həmin günlərdə həyata keçirmək mümkün idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Ermənistan   İşğal  


Bizi "telegram"da izləyin