Döyülmüş erməni polkovnik-leytenant nəfəs cihazlarına bağlanıb

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 13812     12:28     28 Sentyabr 2019    
“Bu kimi hadisələrə bələd olaraq deyə bilərəm ki, əgər nəfəs cihazlarını söndürsələr, biz Aranı itirəcəyik, orqanizmin müstəqil mübarizə aparmaq imkanı yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Hüququn sərhədi” MMC-nin direktoru, ehtiyatda olan erməni zabit Gevorq Hovhannisyan bildirib.

O qeyd edib ki, bu qeyri-rəsmi məlumatdır: “Mən bunu sadəcə insan kimi deyirəm. Rəsmi olaraq onun vəziyyəti son dərəcə ağır olaraq qalmaqda davam edir”.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Ara Mxitaryan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasının renimasiya şöbəsindədir, komadadır və ona nəfəs cihazları qoşulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Döyülmə  


Bizi "telegram"da izləyin